"Qarabağ"ın rəqibi 4 qolla qalib gəldi

 23:33 22.10.2023     484

İsveç çempionatında 27-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Hekken" öz meydanında "Norrkopinq"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Hekken" - "Norrkopinq" - 4:1

Qollar: Sanko, 11 (1:0), Numan, 22 (1:1), Cilufya, 44 (2:1), Sanko, 54 (3:1), Sanko, 74 (4:1)

Bu qələbə ilə xallarını 54-ə yüksəldən "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda səfərdə "Hekken"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında növbəti oyun dekabrın 14-də Bakıda olacaq.