Ruslan Abışov karyerasını başa vurdu
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov karyerasını başa vurub.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Zirə” və Rusiyanın “Rubin” kimi klublarında çıxış edib.