“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım – FOTO

 21:45 24.10.2023     303

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ı qəbul edəcək Almaniyanın “Bayer” klubu maraqlı paylaşımı ilə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, Leverkuzen təmsilçisinin İnstaqram səhifəsi Ağdam klubunda çıxış edən sabiq qapıçıları Andrey Lunyovun fotosunu paylaşaraq “Tezliklə görüşərik” başlığını yazıb.

Rusiyalı qolkiper 2021-2023-cü illərdə “Bayer”in üzvü olub.

Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

2