Çox ciddi komandaya qarşı oynayacağıq – Qurban Qurbanov

 22:37 25.10.2023     408

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının III turunun “Bayer”lə matçından öncə mətbuat konfransında iştirak edib. 

Redaktor.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin baxımlı oyun sərgilədiyini və Bundesliqada lider olduğunu bildirib:

“Çox ciddi komandaya qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalarda oynadıqca böyüyür”.

Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: “Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər”.

Xatırladaq ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.