"Fənərbağça" növbəti qələbəsini qazandı

 23:40 26.10.2023     302

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.

Qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Fənərbağça" vahid liderliyini davam etdirir. Qonaqlar 3 xalla üçüncüdür.