Asiyanın ən yaxşısı olmağa onlar namizəddir

 10:17 28.10.2023     455

Asiya Futbol Konfederasiyası (AFC) 2022-ci ildə ən yaxşıların mükafatlandırılması üçün namizədləri müəyyən edib.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Beynəlxalq səviyyədə Asiyanın ən yaxşı oyunçusu adına iddiaçılar “Porto”nun və İran milli komandasının yarımmüdafiəçisi Mehdi Taremi, “ Brayton”un və Yaponiya millisinin yarımmüdafiəçisiKaoru Mitoma və “Bayern”in müdafiəçisi Kim Min Cadır.

Cənubi Koreya millisinin futbolçusu bir mövsüm “Napoli”də çıxış etdikdən sonra Münhen klubuna keçib, daha əvvəl “Fənərbaxça”da çıxış edib.

Asiyada ilin ən yaxşı futbolçusu adına avstraliyalı Metyu Leki (“Melburn Siti”), qətərli Almoz Əli (“Əl-Duhail”) və Səudiyyə Ərəbistanından Salem əl-Dəvsəri (Əl-Hilal) namizəddirlər.

Avstraliyalı Samanta Kerr (“Çelsi”), çinli Can Lin Yan (“Quançjou”, “Uhan”, “Qrasshopper)” və yaponiyalı Saki Kumaqay (“Bavariya”) ən yaxşı qadın futbolçu mükafatına namizəddirlər.