"Bavariya"nın futbolçusu Münhen təmsilçisinin tarixinə düşdü
"Bavariya"nın futbolçusu Tomas Müller Münhen təmsilçisinin tarixinə düşüb.
Redaktor.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Bundesliqanın 9-cu turunda "Darmştadt"a qarşı matçda (8:0) qol vurmaqla buna nail olub. O, klubun heyətində 15 mövsüm Bundesliqada qol vuran ilk oyunçu adına yiyələnib.
Müller Bundesliqada 14 mövsümdə qol vurmuş Gerd Müller, Klaus Augentaler və Mehmet Şollu geridə qoyub.