XI turun daha bir oyunu heç-heçə başa çatdı

 18:00 29.10.2023     336

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən "gənclik şəhəri" təmsilçisi 15 xalla 7-ci, "qırmızı-qaralar" 8 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. XI tura sabah "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.