Turun bağlanış oyununda “Sabah”dan darmadağın

 20:08 29.10.2023     397

Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunun son oyunu baş tutub.

Redaktor.az xəbər verir ki, paytaxt klubu "Sabah", region təmsilçisi "Gəncə" klubu ilə qarşılaşıb.

Oyuna üstün başlayan "Sabah" yekunda 115-74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Gəncə" (Kenyon Dulinq - 21 xal, 1 ribaund), "Sabah" (Artyoms Butyankovs - 24 xal, 7 ribaund)

Qeyd edək ki, ikinci turun oyunları ("Xəzri" - "Gəncə", "Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "Sabah" - "NTD-INDIGO") 1-5 noyabr tarixlərində baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən