Mançester derbisində "şəhərlilər" qələbə qazandı

 22:26 29.10.2023     341

İngiltərə Premyer Liqasında Mançester derbisi keçirilib.

Redaktor.az xəbər verir ki, X turda "Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edib.

“Old Trafford”dakı qarşılaşma "şəhərlilər"in 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 26 və 49-cu dəqiqələrdə Erlinq Holann, 80-ci dəqiqədə Fil Foden vurub.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Mançester Siti" üçüncü pilləyə yüksəlib. "Qırmızı-şeytanlar" 15 xalla səkkizincidir.