Messi 8-ci dəfə “Qızıl top”u qazanmasına münasibət BİLDİRDİ

 11:54 31.10.2023     355

Argentinalı hücumçu Lionel Messi səkkizinci “Qızıl top”u almasını yüksək qiymətləndirib. 

Redaktor.az xəbər verir ki, onun şərhindən "Marca" sitat gətirib.

Messi səkkiz kubokun hər birinin xüsusi olduğunu söyləyib.

“Belə bir karyeraya və əldə etdiyim hər şeyə sahib olacağımı təsəvvür edə bilməzdim. Xoşbəxtəm ki, tarixin ən yaxşı komandasının bir hissəsi olmaq mənə qismət oldu”.

Mükafatlandırma mərasimi oktyabrın 30-da Parisin Şatelet musiqili teatrında baş tutub. Messinin əsas rəqibləri arasında norveçli "Mançester Siti"nin hücumçusu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe olub.

Humay İSGƏNDƏRLİ