"Bavariya" qışda yeni futbolçu alacaq?

 22:39 31.10.2023     347

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel klubun qış transfer pəncərəsi üçün planlarından danışıb.

Redaktor.az xəbər verir ki, o, heyətə yeni oyunçular qatmaq niyyətində olduqlarını bildirib:

“Biz bunun üzərində işləyirik. Yanvarda bir neçə həftə beynəlxalq turnirlərdə iştiraka görə çoxlu oyunçu itirəcəyik. Hər şey nəzarət altındadır. Yanvarda komandamızı gücləndirməyi planlaşdırırıq. Amma bilirik ki, bu, asan olmayacaq”.

Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 23 xalla 2-cidir. Sıralamaya "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer" liderlik edir - 25 xal.