DÇ-2034 bu ölkədə keçiriləcək - FİFA açıqladı

 23:58 31.10.2023     350

Futbol üzrə 2034-cü il dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkə açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesablarında paylaşım edib. O, DÇ-2034-ün final mərhələsinin Səudiyyə Ərəbistanında keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, bu gün Avstraliya DÇ-2034-ə ev sahibliyi etmək barədə namizədliyini geri çəkmişdi və yeganə namizəd Səudiyyə Ərəbistanı qalmışdı.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 3 ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. 2030-cu ildə dünya çempionatının matçları isə İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda oynanılacaq.