Komandaya hücuma görə təxirə salınan matçın vaxtı açıqlandı
Fransa Liqa 1-in 10-cu turundan təxirə salınan "Marsel" - "Lion" oyununun tarixi bəlli olub.
Redaktor.az "RMC Sport"a istinadən xəbər verir ki, oktybarın 29-da keçirilməli olan qarşılaşma dekabrın 6-da oynanılacaq.
Xatırladaq ki, sözügedən matç "Marsel" azarkeşlərinin "Lion"un avtobusuna hücum etməsində görə baş tutmayıb. Hadisə zamanı "Liona"un baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. Həmçinin Qrossonun köməkçisi və bir neçə "Lion" futbolçusu xəsarət alıb. Baş verənlərə görə 9 nəfər "Marsel" azarkeşi həbs olunub.