Messi bu mükafatı qazana BİLMƏDİ

 20:27 02.11.2023     329

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasında (MLS) mövsümün ən yaxşı oyunçusu adı uğrunda mübarizədə məğlub olub. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Atlanta”nın yunanıstanlı hücumçusu Giorgos Yakumakis mövsümün ən yaxşı oyunçusu seçilib. Forvardın 27 MLS matçında 17 qolu var. Atlanta Şərq Konfransının turnir cədvəlində altıncı yeri tutub və pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, Lionel Messinin "İnter Mayami" forması ilə aktivində 14 oyuna 11 qol və 5 məhsuldar ötürməsi var.

Yusif EYVAZLI