"Real"da 5 illik müqavilə

 21:19 02.11.2023     344

"Real" futbolçusu Rodriqo Qoes ilə müqaviləsini uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tərəflərin sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub. Futbolçunun yeni müqaviləsində göstərilən təzminat məbləği 1 milyard avrodur.

Qeyd edək ki, Bu mövsüm braziliyalı bütün turnirlərdə 16 matçda iştirak edib və bu matçlarda 2 qol vurub və 1 qolun ötürməsini verib. O, 2019-cu ildən bu komandada oynayır. Futbolçunun Madrid klubu ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər idi.