“Neftçi” - “Zenit” oyununun başlama saatı açıqlandı

 22:38 02.11.2023     359

Noyabrın 18-də keçiriləcək “Neftçi” - “Zenit” oyununun başlama saatı və məkanı açıqlanıb.

Redaktor.az "Neftçi"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya klubu ilə yoxlama görüşü “Neftçi Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Matçın biletlərinin tezliklə satışa çıxarılacağı bildirilib.