"Zenit"in sabiq baş məşqçisi karyerasını bitirdiyini AÇIQLADI
Rumıniyalı mütəxəssis Mirça Luçesku Kiyev “Dinamo” futbol klubunun baş məşqçisi postundan getdiyini və karyerasını başa vurduğunu açıqlayıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə Ukrayna çempionatının "Şaxtyor"la oyunun sonunda deyib.
Cümə günü "Dinamo" doğma meydanda "Şaxtyor"a 0:1 hesabı ilə uduzub. Kiyev klubu keçirdiyi 10 oyundan sonra 16 xalla ölkə çempionatının turnir cədvəlində yeddinci yerdədir.
"Bu gün oyun haqqında danışmaq istəməzdim. Demək istəyirəm ki, Ukrayna futboluna 15 il verdim. Karyeramı burada bitirmək qərarına gəldim, bu, sonuncu oyun idi. Hər kəsə təşəkkür edirəm", - Luçesku bildirib.
Luçesku 2020-ci ildən “Dinamo”nu çalışdırır, onun rəhbərliyi altında ilk mövsümdə komanda Ukrayna çempionluğunu, kubokunu və Superkubokunu qazanıb. Luçesku 2004-2016-cı illərdə "Şaxtyor"u çalışdırıb, onun rəhbərliyi altında klub 8 qat Ukrayna çempionu, 6 dəfə ölkə kubokunun qalibi və UEFA kubokunun qalibi olub.
Yusif EYVAZLI