Ferstappen Braziliya Qran Prisində sprint yarışının qalibi oldu

 23:47 04.11.2023     403

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” dünya çempionatının 20-ci mərhələsində - Braziliya Qran Prisində sprint yarışının qalibi olub.

Redaktor.az-ın məlumatına görə, yarış San-Pauluda keçirilib.

İkinci yeri “McLaren” komandasının üzvü, britaniyalı Lando Norris tutub.

İlk "üçlüy"ü "Red Bull"dan Serxio Peres tamamlayıb.

Bununla da Ferstappen vaxtından əvvəl dünya çempionatında qələbəsini təmin edib.

Vumart və Güvən reklamı Vumart Güvən