Premyer Liqada ilk qadın hakim

 16:20 05.11.2023     305

Referi Rebekka Uelç İngiltərə Premyer Liqası tarixində kişilərdən ibarət komandaların matçında fəaliyyət göstərən ilk qadın hakim olub.

Redaktor.az xəbər verir ki, ingiltərəli referi Premyer Liqanın 11-ci turunun “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda 4-cü hakim kimi fəaliyyət göstərib. Bununla da o, ölkənin əsas futbol çempionatında kişilərdən ibarət komandaların oyununda iştirak edən ilk qadın hakim olub.

Uelç əvvəllər də kişilərin oyunlarını hakim kimi idarə etmişdi, lakin bu oyunlar Çempionşip, Liqa 1  və Liqa 2 çərçivəsində idi.