Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək

 16:59 05.11.2023     300

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, yarış noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

2