Messi üçün komanda mükafatları "Qızıl top"dan vacibdir

 17:14 05.11.2023     292

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 8-ci "Qızıl top"u qazanması haqqında növbəti dəfə danışıb.

Redaktor.az xəbər verir ki, 36 yaşlı forvard komanda şəklində qazanılan mükafatın onun üçün "Qızıl top"dan üstün olduğunu deyib: 

“Əlbəttə, “Qızıl top” öz nüfuzuna görə çox yaxşı mükafatdır. Amma həmişə demişəm ki, mənim üçün ən vacibi komandanın mükafatlarıdır. “Barselona” və Argentina millisi ilə bütün mümkün kubokları qazanmaq mənə qismət oldu və bu mənim üçün ən vacib şeydir. Avropada karyeramı bütün bu kuboklarla bitirmək inanılmazdır. Bununla belə, “Qızıl top” çox xüsusi bir mükafatdır”.