UEFA "Seltik"ə qarşı intizam işi açdı
UEFA Şotlandiya "Seltik"inə qarşı intizam işi açıb.
Redaktor.az xəbər verir ki, buna azarkeşlərin tribunada Fələstin bayrağını nümayiş etdirməsi səbəb olub. “Seltik” məsələyə görə özünü “Yaşıl Briqada” adlandıran böyük bir azarkeş qrupunun matçlara gəlməsini qadağan edib.
Bu fanatlar 2012-ci ildən Fələstinə dəstək üçün etiraz aksiyaları təşkil edirlər.
Qeyd olunub ki, idman tədbirinin ruhuna uyğun gəlməyən, xüsusən də siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat xarakterli jestlər, sözlər, əşyalarla bağlı hər hansı digər vasitələrdən istifadəyə görə UEFA “Seltik” futbol klubuna qarşı iş qaldırılıb və qurumun nəzarət, etika və intizam komitəsi bununla bağlı müvafiq qərar verəcək.