Maks Ferstappen mövsümdə 17-ci qələbəsini qazandı
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 21-ci mərhələsinin - Braziliya Qran prisinin qalibi olub.
Redaktor.az-ın məlumatına görə, yarışda ikinci yeri “McLaren” komandasının üzvü Lando Norris tutub.
İlk üçlüyü "Aston Martin"dən Fernando Alonso qapayıb.
Bununla Ferstappen cari mövsüm 17-ci, ümumilikdə isə 52-ci qələbəsini qazanıb.