İsveç millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

 20:02 09.11.2023     322

İsveç yığmasının A-202vro4-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, heyətdə 25 futbolçu yer alıb. Baş məşqçi Yanne Andersson 3 qapıçı, 8 müdafiəçiyə, 14 yarımmüdafiəçi və hücumçuya dəvət göndərib.

Qapıçılar: Viktor Yohansson, Kristofer Nordfeldt, Robin Olsen

Müdafiəçilər: Lüdviq Aqustinson, Filip Helander, Emil Holm, Emil Kraft, Viktor Nilsson Lindelöf, Ken Sema, Karl Starfelt, Vinus Valqvist Eqnell

Yarımmüdafiəçilər və hücumçular: Yens Kajust, Viktor Kleason, Albin Ekdal, Antoni Elanqa, Emil Forsberq, Samuel Qustafson, Viktor Qyökeres, Yesper Karlsson, Seyan Kuluşevski, Huqo Larsson, Kristoffe Olsson, Robin Qvayson, Markus Roden, Mattias Svanberq

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan üç gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.