"Atletiko" Simeone ilə müqaviləni uzatdı - Rəsmi

 23:03 09.11.2023     362

"Atletiko" baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.

Simeone 2011-ci ilin dekabrından Madrid klubunun baş məşqçisidir. Həmin vaxtdan onun komandası 642 oyun keçirib, 380 dəfə qələbə qazanıb, 145 dəfə heç-heçə və 117 dəfə məğlub olub. "Atletiko"nun bu mövsüm La Liqada 25 xalı var və 4-cü yerdədir.