“Qarabağ”ın əsas qapıçısı “Bayer 04”lə oyunda zədələndi

 23:31 09.11.2023     382

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyanın “Bayer 04” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.

Redaktor.az-ın məlumatına görə, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın ikinci hissəsində dizindən xəsarət alıb.

Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə hesab 0:0-dır.