Daha bir komanda baş məşqçisini istefaya göndərdi
"Vilyarreal" (İspaniya) baş məşqçisi Paçeta ilə yollarnı ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb .
55 yaşlı Paçeta cəmi iki ay əvvəl komandanın baş məşqçisi təyin olunmuşdu.
"Vilyarreal" müvəqqəti baş məşqçisinin də adını açıqlayıb. La Liqa təmsilçisinə idman direktoru Miqel Anxel Tena rəhbərlik edəcək.
Qeyd edək ki, "Vlyarreal" Paçetanın baş məşqçiliyi altında 12 oyun keçirib, 5 dəfə qalib gəlib, 4 dəfə uduzub və 3 dəfə heç-heçə edib.