Azərbaycan millisi Birmingemdə dünya çempionu oldu

 23:39 10.11.2023     383

Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında çempion olub.

Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir.