“Mançester Yunayted” və “Arsenal” qələbə qazandı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XII turu çərçivəsində evdə “Luton Taun”u minimal hesabla məğlub edib - 1:0.
Redaktor.az xəbər verir ki, matçda yeganə qolu 59-cu dəqiqədə “qırmızı şeytanlılar”ın müdafiəçisi Viktor Lindelef vurub.
21 xal toplayan “Mançester Yunayted” turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Luton Taun” altı xalla 17-ci yerdədir.
12-ci turun digər oyununda “Arsenal” "doğma divarlar" arasında “Bernli”dən 3:1 hesabı ilə üstün olub.
Hesabı 45+1-ci dəqiqədə “topçular”dan Leandro Trossar açıb. Coş Braunhil 54-cü dəqiqədə hesaba tarazlıq gətirib. Amma üç dəqiqə sonra Vilyam Saliba meydan sahiblərini hesabda yenidən önə çıxarıb. Aleksandr Zinçenko 74-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Mikel Artetanın komandası matçın 83-cü dəqiqəsində azlıqda qalıb. Fabiu Vieyra qırmızı vərəqə alıb. “Arsenal” 27 xalla ikinci, “Bernli” isə 4 xalla 19-cudur.
Xatırladaq ki, daha öncə "Tottenhem" səfərdə "Vulverhempton"a məğlub olmuşdu.