Keyn Bundesliqada rekord qırdı

 12:18 12.11.2023     330

"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada qol rekordu qırıb.

Redaktor.az Almaniya mediasına istinadən xəbər verir ki, o, bunu Bundesliqanın 11-ci turunda "Haydenhaym"a qarşı matçda 2 qol vuraraq bacarıb. İngiltərəli futbolçu Bundesliqanın ilk 11 turunda 17 qol vuran 1-ci futbolçu olub.

30 yaşlı hücumçu bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun aktivində 21 qol və 7 qol ötürməsi var.