Mbappedən gələcəyi ilə bağlı açıqlama

 14:54 12.11.2023     274

PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, Mbappe: “Mən indi bu barədə danışmaq istəmirəm. İndi düzgün vaxt deyil. Mənim üçün ən vacib olan futbol oynamaqdır”, - deyib.

Daha əvvəl "Real"ın yay transfer pəncərəsində yenidən Mbappeni almağa çalışacağı haqda xəbərlər yayılmışdı. 

Xatırladaq ki, 24 yaşlı hücumçu 2018-ci ilin yayından PSJ-də oynayır. Onun Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.