"Real" Ardaya görə onu klubdan qovdu

 20:48 12.11.2023     374

"Real" klubun baş həkimi Niko Mihiçi istefaya göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Mihiçin qovulmasında həlledici faktor Arda Gülerin ardıcıl zədələnməsi olub. Arda Gülerin Madrid təmsilçisində ilk zədəsi zamanı gənc oyunçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı Mihiçlə doktor Leyes arasında fikir ayrılığı yarandığı xəbəri yayılıb. Mihiç Türkiyə millisinin üzvünün əməliyyat olunmamasının tərəfdarı olub.

A.Güler kimi bir çox futbolçu ötən mövsüm zədələrinin artması problemini yaşayb.

Qeyd edək ki, Mihiç 2017-ci ildən "Real"ın baş həkimi idi.