Messi ən yaxşı oyunçu seçildi

 09:35 13.11.2023     246

Argentinalı hücumçu Lionel Messi 2022/23 mövsümünündə “İnter Mayami” klubunun ən yaxşı oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hücumçu iki il Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb.

“İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Oktyabrın 30-da argentinalı hücumçu karyerasında 8-ci dəfə “Qızıl top”u qazanıb. 2022-ci ilin dekabrında isə Argentina yığması ilə dünya çempionu olub.