“Səbail”in kapitanı bu həftə xəstəxanadan evə buraxılacaq

 19:10 13.11.2023     308

Səbailin futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır: “Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcəklər”.

O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.