“Napoli”nin baş məşqçisi o olacaq

 21:32 14.11.2023     218

İtaliyanın “Napoli” futbol klubunun rəhbərliyi fransalı məşqçi Rudi Qarsiya ilə yollarını ayırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2009-2013-cü illərdə komandaya rəhbərlik edən 62 yaşlı Valter Mazzarri “Napoli”nin yeni baş məşqçisi təyin edilib. İtalyan mütəxəssisin son klubu 2021/22 mövsümünün sonunda tərk etdiyi “Kalyari” olub.

Qeyd edək ki, 59 yaşlı bu ilin iyunundan “Napoli”yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 16 oyun keçirib, 8 qələbə qazanıb, 4 məğlubiyyət alıb və 4 dəfə heç-heçə edib.

Ötən mövsüm “Napoli” 1990-cı ildən sonra ilk dəfə İtaliya çempionu olub.