Balotelli dizindən əməliyyat olundu

 22:23 16.11.2023     328

"Adana Demirspor"un ulduz futbolçusu Mario Balotelli dizindən əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı hücumçu ölkəsində əməliyyat edilib.

Qeyd edək ki, klub prezidenti Murat Sancak futbolçunun 2-3 ay meydana çıxa bilməyəcəyini açıqlamışdı.

Əlavə edək ki, sentyabr ayında Adana təmsilçisinə keçən 33 yaşlı forvard Superliqada 5 oyuna çıxıb və 3 qol vurub.