Azərbaycan millisinə qarşı oynamayacaq
Belçika millisinin qapıçısı Arnaud Bodard Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı oyunu buraxacaq.
Redaktor.az Belçika mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper xəstəlik səbəbindən komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, sabah keçiriləcək Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Belçika millisinin əsas qapıçısı Tibo Kurtua da zədə səbəbindən milliyə çağırılmamışdı.