Voleybol millimiz Latviyaya getdi

 11:34 19.11.2023     297

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə qatılmaq üçün Latviyaya yollanıb.

Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək. Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.