Türkiyə millisinin heyətində dəyişiklik
Emre Akbaba Türkiyə millisinin heyətindən çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Onun dünən Almaniyaya qarşı yoxlama görüşündə zədələndiyi bildirilib. Beləliklə, 31 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Uelsə qarşı oyunu buraxacaq
Qeyd edək ki, noyabrın 21-i keçiriləcək Uels - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.