Brüsseldə Azərbaycanın dövlət himni ilə bağlı ciddi səhvə yol verildi
Avro-2024-ün seçmə mərhələsində bu gün keçirilən Belçika - Azərbaycan matçının təşkilatçıları ciddi səhvə yol veriblər.
Redaktor.az xəbər verir ki, oyundan əvvəl Azərbaycanın yox, başqa ölkənin himni səsləndirilib. Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Stadionun diktoru bu səhvə görə üzr istəyib.
Himnin səhv səsləndirilməsinə görə oyun 4 dəqiqə gec başlayıb.