"Milan"ın futbolçusu A seriyasında rekord qırdı

 10:42 26.11.2023     285

"Milan"ın futbolçusu Françesko Kamarda komandanın heyətində debüt edib.

Redaktor.az xəbər verir ki, o, A seriyasının 13-cü turunda "Fiorentina" ilə matçda (1:0) meydana çıxıb. Bununla da 15 yaş 260 günlüyündə olan forvard rekorda imza atıb. O, A seriyasında meydana çıxan ən gənc futbolçu adını qazanıb. 

Bundan əvvəl rekord 15 yaş 274 günlüyündə "Cenoa"ya qarşı oynayan "Bolonya" müdafiəçisi Uisdom Ameyə məxsus idi.

"Milan"ın heyətində hücumameyilli oyunçuların zədələri və diskvalifikasiyaları səbəbindən komandanın baş məşqçisi Stefano Pioli hücumun mərkəzində yalnız Luka Yoviçə arxalana bilib. Elə buna görə də 15 yaşlı Kamarda əsas komandaya çağırılıb.

Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. O, bu yay bu yay gənclər komandasından Milana U19-a keçib, klubun bütün yarışlarında 13 oyun keçirib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.