İngiltərə Premyer Liqasında mövsümün rekordu qırıldı
İngiltərə Premyer Liqasında mövsümün driblinq rekordu qırılıb.
Redaktor.az xəbər verir ki, bunu “Mançester Siti”nin futbolçusu Ceremi Doku XIII turda “Liverpul”la oyunda reallaşdırıb.
Belçikalı hücumçu 1:1 hesabı ilə başa çatan görüşdə 11 driblinqlə yadda qalıb.
Doku, həmçinin, son 8 mövsümdə “şəhərlilər”in heyətində bu saya çatan ilk oyunçudur. Eyni zamanda, o, 2006/2007 mövsümündən bəri “Liverpul”la görüşdə 11 uğurlu driblinqə imza atan birinci futbolçudur.
Qeyd edək ki, 21 yaşlı forvard cari mövsüm “Mançester Siti”nin heyətində 15 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.