Ferstappen “Formula-1” tarixində yeni rekorda imza atdı

 20:50 26.11.2023     263

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2023-cü il mövsümünün 22-ci və son mərhələsinin - Əbu-Dabi Qran-prisinin qalibi olub.

Redaktor.az xəbər verir ki, ikinci yeri “Ferrari” pilotu Şarl Lekler tutub. Üçüncü yeri “Mercedes”dən britaniyalı Corc Rassel tutub.

Verstappen bu mövsüm 19-cu dəfə Qran-pri qalibi olub və bir ildə qazanılan mərhələlərin sayına görə rekordunu yeniləyib. O, “Formula-1” mərhələlərində 54-cü qələbəsini qazanıb və bu göstəricidə alman pilot Sebastyan Fetteli keçib. Yalnız alman Mixael Şumaxer (91) və britaniyalı Lyuis Hemilton (103) onu qabaqlayırlar. Ferstappen “Formula-1” tarixində lider kimi bir mövsümdə 1000 dövrə vuran ilk sürücü olub.