Alleqri "Yuventus"dan ayrılmaq istəyir
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubdan ayrılmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Bununla belə, italyalı mütəxəssis sözləşməni vaxtından əvvəl ləğv etmək istəyir. O, mövsümün sonunda klubdan yarılmağa qərar verib.
Eyni zamanda Alleqriyə “Əl-İttihad” və “Ən-Nəsr” də maraq göstərir.
Qeyd edək ki, bu mövsüm "Yuventus" A Seriyasında 13 turdan sonra 30 xal toplayıb və sıralamada 2-ci pillədə qərarlaşıb.