"Tottenhem"in futbolçusu üçün il başa çatdı

 23:50 28.11.2023     277

"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur zədələnib.

Redaktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 26 yalı yarımmüdafiəçi "Aston Villa" ilə son oyunda (1:2) sıradan çıxıb.

O, artıq tibbi müayinədən keçib. Müəyyənləşib ki, Rodriqo 2024-cü ilin fevralına qədər yaşıl meydanlardan kənarda qalacaq. .

Qeyd edək ki, Rodriqo bu mövsüm London təmsilçisinin heyətində 4 oyuna çıxıb.