"Nant" yeni baş məşqçisini açıqladı

 23:57 30.11.2023     299

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Joslen Qurvennek çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Fransalı mütəxəssis bu vəzifədə Pyer Aristuini əvəzləyib.

Qeyd edək ki, “Nant” Fransa Liqa-1-də turnir cədvəlində 15 xalla 11-ci pillədə qərarlaşıb.