"Fənərbaxça"ya 3 qol vuran futbolçu həftənin ən yaxşısı oldu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu bilinib.
Redaktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Norşelland"dan Benjamin Niqren olub. O, Yuray Kuçka (“Slovan”, Slovakiya), Amal Pelleqrino (“Bodo Qlimt”, Norveç) və Tyaqonu (“Brügge”, Belçika) geridə qoyub.
Niqren ötən gecə "Fənərbaxça" ilə matçda 3 qol vurub.