Avropada bir çox oyuna qar əngəli
Avropa Liqalarında bu gün oynanılmalı olan bir çox matç güclü qar və əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Redaktor.az xəbər verir ki, Bundesliqanın 13-cü turunun bu gün üçün nəzərdə tutulan "Bavariya" - "Union" oyunu güclü qar səbəbindən oynanılmayıb.
Bu gecə İngiltərə Premyer Liqasında "Nyukasl"la qarşılaşacaq "Mançester Yunayted"in uçuşu ləğv edilib. Bu səbəbdən "qırmızı şeytanlar" matça avtobusla getməli olub.
Avstriyada "Zalsburq" - "Rapid" və İsveçrədə isə "Sürix"in görüşü də qar yağması səbəbindən təxirə salınıb.
Şotlandiya Liqasında bu gün oynanılması nəzərdə tutulan "Livinqston" - "Ross Koutni" qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcəyi açıqlanıb.
Bu matçlarla yanaşı, Avropada da bir çox oyunlar da eyni səbəbindən təxirə salınıb.