18 yaşlı hücumçu yanvarda "Barselona"ya keçəcək
Hücumçu Vitor Roke 2024-cü ilin yanvarında "Barselona"ya keçəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Atletiko Paranaense"nin mətbuat xidməti məlumat yayıb. "Santos"a qarşı matç (4 dekabr) 18 yaşlı futbolçu üçün Braziliya təmsilçisində sonuncu matçı olacaq.
Daha əvvəl "Barselona"nın zədəli Qavinin yerinə Rokeni qeydiyyatdan keçirməyə hazırlaşdığı bildirilib.
Bu mövsüm Roke "Atletiko Paranaense"nin heyətində bütün turnirlərdə 44 oyun keçirib, 21 qol vurub və 8 qolun ötürməsini verib.
Qeyd edək ki, "Barselona" yayda Rokeni transfer etmişdi. Razılığa əsasən, 2023/2024 mövsümünü icarə əsasında "Atletiko Paranaense"də keçirməli idi.